Dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən atmosfer havasının çirklənməsi, ona zərərli fiziki təsirləri və onların mənbələri, habelə bu çirklənmənin və təsirin aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq, müvafiq dövlət və yerli tədbirlərin və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək və qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin maraqlarına cavab verən məsələlər qaldırmaq atmosfer havasının mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.