İşğaldan azad edilmiş torpaqlarda hər sahədə olduğu kimi təhsil sahəsində də yeniliklər edilir.
Həftəlik.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən müzakirədə məlumat verib.
O hal-hazırda Füzuli şəhərində peşə təhsili müəssisələrinin tikildiyini qeyd edərək digər azad olunmuş ərazilərdə də görülən işləri vurğulayıb:
“Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri 2025-ci ilin ortalarında yekunlaşacaq”.