Tərkibində yüksək aktiv və radioaktiv materiallar daxil olan dərman vasitələri təhlükəsiz, xüsusi ayrılmış və zəmanətli konteynerlərdə və daşıyıcılarda nəql olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Mallara xüsusi blanklarda düzgün informasiya daşıyan müşayiətedici sənədlər hazırlanmalıdır. Bu sənədlərdə aşağıdakılar barədə dürüst informasiya qeyd olunmalıdır:
– müşayiətedici sənədin hazırlanma tarixi;
– dərman vasitəsinin adı və seriya nömrəsi;
– dərman vasitəsinin istehsalçısı;
– qutuların sayı;
– dərman vasitəsinin müvafiq seriyasına verilmiş sertifikatın nömrəsi;
– sertifikatı verən orqan;
– dərman vasitələrini göndərən barədə (göndərənin adı və hüquqi ünvanı, VÖEN-i);
– dərman vasitələrini sifariş verən barədə (sifarişçinin adı və ünvanı)
– müşayiətedici sənədi təsdiqləyən məsul şəxs. Sənəd məsul şəxsin imzası və möhürü ilə təsdiqlənməlidir.