Sabah Xocalı şəhəri və Ballıca kəndinə növbəti köç baş tutacaq.

Həftəlik.az APA-ya istinadla xəbər verir ki, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşan Xocalı sakinləri öz doğma torpaqlarına köçürüləcəklər.

Yanvar ayının 15-i Xocalı şəhərinə altı ailə (25 nəfər), Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola düşəcəkdir.

Bu dəfə köçürülən sakinlər Bakı, Sumqayıt, Gəncə şəhərləri, həmçinin, ölkənin müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu günə kimi Xocalı şəhərinə 44 ailə köçürülüb. Ballıca kəndinə sonuncu köç 2023-cü il dekabrın 27-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Bu zaman Ballıca kəndinə 21 ailə (119) nəfər köçürülüb.