“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” komandasına keçən Juninyo Rio-de-Janeyro şəhərinə çatıb.

Heftelik.az-ın məlumatına görə, “Flamenqo” forması ilə şəkil çəkdirən 28 yaşlı hücumçu A Seriyası təmsilçisinə gəldiyi üçün çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.