Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir. Xüsusi icazədə atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən həddi və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər müəyyən edilir.