ABŞ-da Los-Anceles və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilər 250-275 milyard dollar aralığına yüksəlib.

Heftelik.az xəbər verir ki, qlobal hava proqnozu xidməti olan “AccuWeather” ABŞ-da davam edən meşə yanğınlarının iqtisadi dəyəri ilə bağlı təxminlərini yeniləyib.

Müvafiq olaraq, davam edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.