Yanvarın 15-nə hava məlumatı açıqlanıb.
Həftəlik.az xəbərə verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olub, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi bölgələrdə çiskin olma ehtimalı var. Temperatur gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi isə normadan yüksək 769 mm civə sütunu təşkil edəcək və nisbi rütubət 70-80 % proqnozlaşdırılır.
Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.