Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Heftelik.az-a verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.