Aptekdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş sanitar-epidemioloji və yanğın əleyhinə normativlərə əsaslanmalı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə əsasən optik ləvazimatlar, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır.