İnsanın sağlamlığının pisləşməsinə, ozon qatının, iqlimin, flora və faunanın vəziyyəti, ətraf mühit və əhali üçün ağır nəticələrə səbəb ola bilən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi və istismarı qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olan nəqliyyat və digər səyyar vasitələrin istismarı qadağandır.