Nəqliyyat və digər səyyar vasitələrindən atmosfer havasına zərərli maddələrin atılmasına xüsusi icazənin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasına zərərli fiziki təsiri müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə əsasında yol verilir. Atmosfer havasına zərərli maddələrin atılmasına və ona zərərli təsirə xüsusi icazənin verilməsinə görə ödəmə qanunvericiliklə müəyyən edilir.