Atmosfer havasının çirklənməsinin müşahidəsi, onun vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu, habelə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini cari və təcili məlumatlarla təmin etmək məqsədilə dövlət monitorinqi sistemi təşkil edilir və aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Atmosfer havasının dövlət monitorinqi ətraf mühitin dövlət monitorinqinin əsas tərkib hissəsi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.