Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

– insan sağlamlığının qorunmasının üstünlüyü;

– insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi;

– atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi;

– atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi;

– atmosfer havasının vəziyyəti və onun çirklənməsi barədə məlumatların dolğunluğu, dəqiqliyi və aşkarlığı;

– atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşma.