Bakıda intihar edən gənclə bağlı təfərrüatlar məlum olub.

Hefteik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  özünü binadan ataraq, həyatına son qoyan Murad Kərbalıyev “Azəriqaz”ın keçmiş mətbuat katibi İbrahim Kərbalıyevin oğludur.

Mərhum Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirib və özü də “Azəriqaz”da çalışıb.

 

***

saat 11.36

Bakıda intihar hadisəsi olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib.

25 yaşlı Murad İbrahim oğlu Kərbalıyev 17 mərtəbəli binanın 17-ci mərtəbəsinin eyvanından özünü atıb. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.