Cənubi Koreya Prezidenti Yun Sok-Yöl həbs edilib.

Heftelik.az  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Prezident Yun Sok-Yöl haqqında həbs qərarı icra olunub.

Qeyd edək ki, keçən il dekabrın 3-də Prezidenti Yun Sok-Yöl ölkədə hərbi vəziyyət elan edib, bunu parlamentdə çoxluq təşkil edən müxalifətin Şiomali Koreya yönümlü olması ilə əlaqələndirməyə çalışıb. Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.

Müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb. Bu arada Cənubi Koreya parlamentinin üzvləri hərbi vəziyyətin ləğvinə səs veriblər. 300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil ola bilib və səsvermə keçirib.