Xüsusi saxlanma rejimi tələb edən dərman preparatlarının saxlanması üçün müəssisə lazımi avadanlıq və inventarla təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Dərman vasitələrinin qəbuluna məsul olan şəxs malların qəbulunu müvafiq təsdiqedici sənədlər əsasında həyata keçirməlidir. Sənədlərə malın adı, istehsalçısı, qablaşmaların sayı, seriyanın nömrəsi, dərman vasitələrinin hər bir seriyasına dair sertifikatın nömrəsi və sertifikatı verən orqan haqqında dəqiq məlumatlar daxil edilməlidir.