Hansı işlər üçün Standart Əməliyyat Prosedurları (SƏP) hazırlanmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Aşağıda qeyd olunan işlər üçün SƏP hazırlanmalıdır:
– aptek müəssisəsində dərman vasitələrinin qəbulu və qəbul zamanı nəzarət barədə;
– avadanlıqlara nəzarət barədə;
– aptekdə çalışanların şəxsi və əmək gigiyenasına nəzarət barədə;
– temperatur, rütubət və havalandırma parametrlərinin ölçülməsi və qeydiyyatı barədə;
– dərman vasitələrinin resept əsasında və reseptsiz buraxılması barədə;
– daxili nəzarətin aparılması barədə;
– dərman vasitələrinin keyfiyyəti barədə əhalidən daxil olan şikayətlər, əhaliyə xidmət zamanı yaranan konflikt situasiyalar barədə.