Anbar sahələri elektrik enerji sistemi, sanitar qovşaq, ventilyasiya sistemi, xüsusi əczaçılıq soyuducusu və ya soyuducu kamera, kondisioner sistemləri, havanın parametrlərini ölçən cihazlara (termometr, hiqrometr) malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “ Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

İstifadə olunan cihazların (termometr, hiqrometr) mütəmadi olaraq kalibrlənməsi aparılmalıdır. Otaqların divarları və döşəmə hamar olmaqla, nəm təmizlənmənin aparılmasını mümkün etməlidir.