Topdansatışa dair sənədləşmə geri çağırılmaya cavabdeh şəxsə anlaşılan olmalı və malları almış bilavasitə sifarişçilər haqqında (ünvanı, gecə-gündüz işləyən telefon və ya faks nömrələri, gətirilmiş məhsulun miqdarı və seriyası göstərilməklə) lazımi informasiyaları saxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Malların geri çağırılması zamanı tədbirlər planı”nda əksini tapıb.
Məhsulun geri çağırılması zamanı tədbirlər planının effektivliyini təmin etmək üçün daşımanın sənədləşmə sistemi dərman vasitələrinin alınma yerlərini dərhal müəyyən etmək və sifarişçi ilə əlaqə saxlamaq imkanı yaratmalıdır.