Reseptsiz buraxılan dərman vasitələrinin siyahısına daxil olan dərman vasitələri özünümüalicə üçün nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Özünümüalicənin xəstəyə tətbiq edilməsi üçün əczaçı aşağıdakıları bilməlidir:

– özümüalicə olunan xəstəliklərin simptomlarını bilmək;

– xəstəyə effektiv və təhlükəsiz dərman preparatlarınının təyin olunması haqqında müvafiq ixtisaslaşdırılmış hazırlığı keçmək, lazım gəldikdə həkimə istiqamətləndirmək;

– reseptsiz buraxılmalı olan dərman preparatlarının siyahısını bilmək;

– özünümüalicə prosesinin standart əməliyyat prosedurlarını (SƏP) bilmək;

–  özünümüalicə və özünəyardım suallarının cavablandırılmasını bilmək.