Qazların təsirindən qorunması lazım olan dərman vasitələri qazkeçirməyən materiallardan hazırlanan hermetik kip tarada saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin güclü təsirə malik və zəhərli maddələrin saxlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası”na əsasən həyata keçirilməlidir.