Atmosfer havasının mühafizəsi ilə bağlı əhalinin hüquqlarının müdafiəsinə dair beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmaq, atmosfer havasının çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək, hüquqi və fiziki şəxslərdən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyə riayət etməsini, onun pozulmasının aradan qaldırılması tələb etmək və bu barədə məhkəməyə şikayət etmək atmosfer havasının mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri atmosfer havasının çirkləndirilməsi və ona zərərli fiziki təsir mənbələri olan istehsal obyektlərinin ərazilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə daxil ola bilərlər.