Tullantıların yığılmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayn-aynlıqda toplanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Çoxmərtəbəli (5 mərtəbədən artıq) yaşayış binalarında tullantı borusu quraşdırıla bilər. Tullantı qəbuledici kameranın (kamera-tullantı borusunun çıxışında tutumlar qoyulmuş qapalı sahədir) girişi binanın və digər otaqların girişindən təcrid olunmalıdır. Kameranın döşəməsi su keçirməyən örtüklü və binaya girişlə eyni səviyyədə olmalıdır. Kamerada qoyulmuş tutumlar dolduğu halda tullantıların kameranın döşəməsinə boşaldılması yolverilməzdir (tullantı qəbuledici kamerada bir sutka müddət nəzərə alınmaqla ehtiyat tutumlar olmalıdır). Kameralarda girişindən tullantıların kənara çıxması, tutumların tullantı yığan avtomaşınlar gələnə qədər kameradan çıxarılması yol verilməzdir.
Tullantı boruları və tullantı qəbuledici kamera saz vəziyyətdə saxlanılmalıdır. Boruda kipləşdirmə və səsboğmaq məqsədilə binaların pilləkən meydançalarındakı tullantı boşaltma qapaqları rezin materiallı kipləşdiricilərlə təmin olunmalıdır (kipləşdiricilər zədələndiyi halda yeniləri ilə əvəz olunmalıdır).