Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 il müddətdən əvvəl xitam verildikdə, sığortalıya sığorta haqları və ya sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqi ödəyən sığortaçılar, vergi orqanında uçotda olmayan fiziki şəxslər istisna olmaqla, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişləri həyata keçirən şəxslər, vergi orqanında uçotda olmayan fiziki şəxslərin Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli ödəniş xidməti təchizatçıları və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı ödəmə mənbəyində vergini tutmağa və ödəmə mənbəyində tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borcludurlar.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.