Anbar otaqlarının döşəmələri özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Kənar şəxslər xidməti sahələrə (qəbul, çeşidləmə, saxlama, komplektləşdirmə, dərman vasitələrinin buraxılışı və boşaldılması üçün nəzərdə tutulmuş anbar yerinin bir hissəsi) girməməlidir.  Topdansatış müəssisəsi işçi heyyətin sayına uyğun normal iş və sanitar-məişət şəraitinin təmin olunmasını və topdansatışı aparılan dərman vasitələrinin həcminə uyğun lazımi saxlama şəraitini təmin edən sahələrə malik olmalıdır.