Aptekin rəhbəri tərəfindən əmrlə təyin olunan maddi-məsul şəxs ali və orta əczaçılıq təhsili olan mütəxəssislər olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Aptekdə işləyən əczaçılar “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməli və ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Aptekin əməkdaşları öz fəaliyyətlərində əczaçılıq sahəsində qüvvədə olan normativ sənədləri, daxili əmək qaydalarını və bu tələbləri rəhbər tutmalıdırlar. Aptekdə çalışan provizor və əczaçılar xəstəliyin profilaktikası, sağlamlığın möhkəmləndirilməsi məqsədilə müraciət edənlərə məsləhət verə bilərlər.