Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu qaydalarının müəyyən etmək, atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddini, habelə bu hədlərin tətbiq edildiyi obyektlərin siyahısını tərtib və təsdiq etmək və atmosfer havasına zərərli maddələrin atılmasına görə ödəmələri, habelə atmosfer havasının çirklənməsi və ona zərərli fiziki təsirlərin nəticəsində insanların sağlamlığına və ətraf mühitə vurduğu zərərin ödənilməsi qaydalarını müəyyən etmək atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.