İş Təlimatları (İT) və  Standart Əməliyyat Prosedurları (SƏP) vəzifəsindən asılı olaraq aptek müəssisəsinin hər bir əməkdaşının iş yerində olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Dərman vasitələrinin keyfiyyətinin təmin olunmasına və əhaliyə göstərilən xidmətə nəzarət etmək məqsədilə aptek müəssisəsində aptekin rəhbəri tərəfindən müvafiq qaydada təyin olunmuş əczaçılıq fəaliyyətinə nəzarət edən məsul şəxs tərəfindən aptekdə hazırlanan dərman vasitələrinin keyfiyyətinin, dərman vasitələrinin aptekdən buraxılmasının və saxlanmasının müvafiq qanunvericilik tələblərinə cavab verdiyini yoxlamaq məqsədilə (1 ildə bir dəfədən az olmayaraq) aptek əməkdaşlarının iştirakı ilə özünüyoxlama keçirilməlidir.