“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Dövlət mülkiyyətində olan və ya lisenziya əsasında əczaçılıq fəaliyyəti göstərən aptek bu tələblərə cavab vermədikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aptekin lisenziyasının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tədbirlər görülür.