Anbara qaytarılmış və istifadəsi qadağan olunmuş mallar aktlaşdırılır və qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi üçün topdansatış müəssisələri aşağıdakıları həyata keçirməlidirlər:

– dərman vasitələrinin qanunvericiliyin tələblərinə riayət etməklə alınması və realizə edilməsini;

– dərman vasitələrinin saxlanması, hərəkəti və sifarişçiyə göndərilməsi zamanı keyfiyyətinin, effektivliyinin, təhlükəsizliyinin təmin edilməsi və dərman vasitələrinin mikroorqanizmlərlə və digər maddələrlə kontaminasiyasının qarşısının alınması.