Amerikalı rejissor və ssenarist, məşhur “Twin Peaks” serialının yaradıcısı kimi tanınan Devid Linç 79 yaşında vəfat edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə ailəsi Linçin sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Devid Keyt Linç 20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missoula şəhərində anadan olub. 1966-cı ildə Pensilvaniya İncəsənət Akademiyasına daxil olub. Orada kinematoqrafiya ilə maraqlanan Linç 1967-ci ildə o, ilk qısametrajlı cizgi filmini çəkib.
1980-ci ildə prodüser Mel Bruksun dəstəyi ilə lentə aldığı “Fil adam” səkkiz Oskar qazanıb.
“Blue Velvet”, “Mulholland Drive” və “Twin Peaks” serialları, həmçinin “Dune” kimi ekran əsəri ilə tanınır.
Keçən avqust ayında Linçə xroniki emfizem diaqnozu qoyulub. Bu, onun işləməsinə mane olub və rejissoru evə məhkum edib.
Qeyd edək ki, emfizema və ağciyər emfizeması ağciyər parenximasının, hava ilə dolması, şişməsi, genəlməsidir. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur. Əlamətləri ekspirator tipli təngnəfəslik (xəstə nəfəs almada çətinlik çəkir), öskürək, sifətin şişkinləşməsi və s.-dir.