Xüsusi notariuslar 10 faiz dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq cari vergi ödəmələri şəklində dövlət büdcəsinə ödəməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.

Xüsusi notariusun gəlir vergisi bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

–  “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

– “Verginin hesablanması” bölməsində aylıq və rüb üzrə aparılmış notariat hərəkətlərinin, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərin sayı və onlara görə alınan haqların (xərclər nəzərə alınmadan) dəyəri və hesablanmış vergi məbləği əks olunur.