Xora xəstəliyinin olması, hökmən endoskopik müayinə və (və ya) hipotoniya şəraitində aparılmış rentgenoloji müayinə ilə təsdiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Cərrahi müalicəyə əks-göstəriş olduqda və ya ondan imtina edildikdə, penetrasiya, mədə çıxacağının stenozu (kontrast maddənin mədədə 24 saatdan artıq ləngiməsi) ilə fəsadlaşmış, qidalanma zəifliyi (BKİ – 18,5–19,0 və az) ilə müşayiət olunan mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi “a” bəndinə aiddir.