Aptekdə işçilərdən ixtisaslarına uyğun düzgün istifadə olunmalı, şəxsi gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə onların hazırlığı və yenidən hazırlığı, eləcə də işə daxil olarkən və çalışdığı müddət ərzində dövri tibbi müayinələrin keçirilməsi təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Aptekdə çalışan əczaçılar xüsusi geyimlə (ağ xalat) təchiz edilməlidirlər. Optik ləvazimatların satışını ali və ya orta təhsilli tibb işçiləri həyata keçirilir. Optika şöbəsində eynəklərin hazırlanması və təmiri işləri ali və ya orta təhsilli texniki işçilər tərəfindən yerinə yetirilir.