Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarəti nəqliyyat və digər səyyar vasitələri üçün qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərinə riayət olunmasına və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin digər tələblərinə və beynəlxalq aktlara əməl edilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilən qaydada (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla) həyata keçirirlər.