Balakənin Sarıbulaq kəndinin sakinləri içməli su problemi yaşayır.

Həftəlik.az “Xəzər TV”yə istinadən xəbər verir ki, 2600 nəfərdən ibarət olan bu kənddə su nasosunun nasaz olması ilə əlaqədar onların bu problemi həll olmur. Nasosun 3 dəfədən artıq təmir olunmasına baxmayaraq yenə də problem olduğu kimi qalmaqdadır.

Kənd sakinlərinin bildirdiyinə görə, kənddə içməli su olmadığı üçün onlar digər kəndlərə gedərək araba ilə bidonlarla su gətirmək məcburiyyətində qalırlar.

Balakən su meliorasiya sistemlərinin istismarı idarəsindən bildirilir ki, nasazlıq su nasosunun mühərrikində olduğu üçün rayonda düzəlməsi mümkün olmur. Bunun üçün qurğu Bakıya göndərilməlidir. Həmçinin onu da bildirdilər ki, kənddə yeni su artezianının qazılması yaxın zamanlarda planlaşdırılmasa da bu barədə təklif aidiyyatı qurumlara göndəriləcək.

Müəllif: Türkan_zadə