Yer səthindən yuxarı çəkilən kommunikasiyaların tezalışan və yanar maye və qaz boru kəmərlərinin yanar örtük və divarları, həmçinin A və B kateqoriyalı partlayış-yanğın təhlükəli binaların örtük və divarları üzrə və yanar qazları nəql edən qaz boru kəmərlərinin tezalışan və yanar maye və material anbarlarının ərazilərində yerləşdirilməsinə yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Boru kəmərindən nəql olunan maye və qazdan istifadə və istehsal etməyən bina və texnoloji qurğulara münasibətdə qeyd olunan boru kəməri tranzit boru kəməri hesab olunur.