Çimərlik bağlandıqdan sonra ictimai tualetlər yuyulmalı və dezinfeksiya edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Ümumi çimərlik ərazisində təmizlik işlərinə çimərlik balansında olduğu hüquqi və ya fiziki şəxslər cavabdehlik daşıyırlar. Hərbi obyektlərdə (həmçinin məxfi və xüsusi mühafizə olunan obyektlər də daxil olmaqla) əmələ gələn məişət tullantılarının müvəqqəti saxlanılması, təmizlənməsi, daşınması və zərərsizləşdirilməsi bu Qaydalara uyğun həyata keçirilməlidir. Qeyd edilən obyektlərdə əmələ gələn məişət tullantılarının tərkibinə təhlükəli tullantıların qarışması yolverilməzdir. Yığılan tullantılar aidiyyəti qurumlara və ya tullantıların daşınması, zərərsizləşdirilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə müqavilə əsasında təhvil verilməlidir. Bu obyektlər “özüdaşıma” prinsipi əsasında məişət tullantılarını kənarlaşdırdıqları halda, tullantıları fəaliyyət göstərən poliqonlara müqavilə əsasında təhvil verməlidirlər. Təhvil verərkən tullantıların tərkibi haqqında poliqonun operatoruna dəqiq məlumat verilməli, lazım gələrsə, gətirilən tullantılara operator tərəfindən baxış keçirilməlidir.