Digər xəstəliklərin fəsadlaşmaları olan bronxospastik (obturasion, endokrin-humoral, nevrogen, toksiki və s.) sindromlar zamanı, hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin gedişindən asılı olaraq “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Diaqnostik çətinlik olduqda 3 həftədən az olmayaraq stasionar şəraitdə müşahidə aparılması və ən azı iki həkim mütəxəssisin tərtib etdiyi akta əsasən xəstə bu maddə ilə şəhadətləndirilə bilər.