Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər tərəfindən yol vergisi və icbari tibbi sığorta haqqı aylıq olaraq hesablanır və bu barədə hər hesabat ayı üçün hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamə (hesabat)” vergi orqanına təqdim edilməklə həmin müddətdə vergi dövlət büdcəsinə, icbari tibbi sığorta haqqı isə icbari tibbi sığorta fonduna ödənilir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.