Hakan Fidan Azərbaycana gəlir

17 Yanvar 2025, 15:12

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xarici işlər naziri Fidan həmkarı Ceyhun Bayramovla yaxın regiona və qlobal məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı gözlənilir.

Səfər çərçivəsində xarici işlər naziri Fidan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunacaq.