Özünüyoxlama zamanı aptek müəssisələrində nələrə fikir verilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Özünüyoxlama zamanı aptek müəssisələrində aşağıdakılara fikir verilməlidir:

– aptekdə İş Təlimatları (İT), Standart Əməliyyat Prosedurları (SƏP) vəzifə təlimatlarının olmasına;

–   İT, SƏP tərəfindən qoyulan tələblərin yerinə yetirilməsinə;

–  sahələrin və avadanlıqların vəziyyətinə.

Özünüyoxlamanın nəticələri sənədləşdirilərək aptek rəhbərinin nəzərinə çatdırılmalıdır. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün mərhələli əməliyyat planı hazırlanmalıdır.