Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.