Həzm funksiyasının və qidalanmanın pozulması ilə (BKİ -18,5-19,0 və az) müşayiət olunan nazik bağırsağın (1,5 m-dən az olmamaqla) və yoğun bağırsağın (30 sm-dən az olmamaqla) rezeksiyasından sonrakı hal, yeriş zamanı və ya bədənə şaquli vəziyyət verildikdə düz bağırsağın bütün qatlarının düşməsi (III mərhələ), qeyri-təbii anus, cərrahi müalicənin yekun mərhələsi kimi bağırsaq və ya nəcis fistulu, anus sfinkterinin III dərəcəli çatışmazlığı və davamlı və ya tez-tez açılan fistullarla xroniki paraproktit (zabitlər “b” bəndi üzrə şəhadətləndirilirlər) “a” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.