Xüsusi notariusun gəlir vergisi bəyannaməsinin əlavələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.
Xüsusi notariusun gəlir vergisi bəyannaməsinin aşağıdakı əlavələri mövcuddur:
– Əlavə 1 – vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlar öz əksini tapır;
– Əlavə 2 – əmlakın, o cümlədən torpaq sahəsinin icarəyə (kirayəyə, istifadəyə) verilməsi barədə məlumat öz əksini tapır.