Şəkidə intihar hadisəsi olub.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Bayramov Sərxan Oruc oğlu özünü Baş Göynük kəndi ərazisində yaşadığı fermada asıb.

Onun meyiti dünən axşam saatlarında tapılıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

S.Bayramovun 3 azyaşlı övladı yadigar qalıb.

Faktla bağlı araşdırma aparılır.