“Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” əhaliyə dərman və tibb vasitələrinin çatdırılmasının və əczaçılıq xidmətinin göstərilməsinin yüksək keyfiyyətdə aparılmasına olan tələbləri kompleks şəkildə əks etdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Bu tələblərin əsas istiqamətləri aşağıdakılardır:
– müvafiq keyfiyyətə malik dərman və tibb vasitələrinin aptekdən buraxılması;
– alıcıya dərman preparatlarının xassələri və müvafiq istifadə qaydaları haqqında dəqiq və obyektiv məlumatın çatdırılması;
– dərman preparatlarının təyinatının davamlı təbliğatı və onların düzgün istifadə edilməsi;
– səhiyyə orqanları əməkdaşları ilə daima informasiya mübadiləsinin aparılması (farmakoterapiya sualları ilə əlaqədar);
– müvafiq əczaçılıq xidmətlərinin göstərilməsi;
– sağlam həyat tərzinin və xəstəliklərin profilaktikasının təbliğatı.