Aptekdə resept əsasında aptekdaxili dərman vasitələrinin hazırlanması yerinə yetirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Əhalinin vaxtında və keyfiyyətli aptekdaxili hazırlanan dərman vasitələri ilə təminatını yaxşılaşdırmaq məqsədilə Apteklərdə həkimin yazdığı reseptlərdə daha çox rast gəlinən maddələrin tədarükü və qablaşdırması həyata keçirilməlidir. Aptekdaxili hazırlanan dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi məqsədilə Apteklərdə sanitar-gigiyenik normativlərə əməl olunmalı, sanitar-gigiyenik və epidemiya əleyhinə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməlidir.