Optika şöbəsi aptekin digər şöbələrindən təcrid olunmalı və ayrıca giriş qapısına malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Bunun üçün Aptekdə əlavə olaraq aşağıdakı sahələr nəzərdə tutulmalıdır:
– optik malların satışı üçün sahə;
– eynəklərin hazırlanması və təmiri həyata keçirildikdə emalatxana;
– optika şöbəsi nəzərdə tutulan aptekdə həkim-oftalmoloq tərəfindən müayinə aparılarsa, müvafiq qanunvericiliyin tələblərinə uyğun özəl tibb fəaliyyəti üçün lisenziya alınmalı və bu zaman əlavə ayrıca sahə nəzərdə tutulmalıdır.
Aptekin sənədləşmə sistemi aşağıdakıları təmin etməlidir:
– aptekin həyata keçirdiyi funksiyalarının tam nizamlanmasını;
– aptek əməkdaşlarının müvafiq sənədləşməyə əlçatanlığının olmasını;
– müəyyən müddətdən bir sənədləşmələrə baxışın keçirilməsini.
– Saxlanılma müddəti ərzində sənədlər yoxlayıcı orqanlar üçün əlçatan olmalıdır.